"Zirə" Türkiyəyə yollanır

“Zirə”nin qış hazırlıq planı müəyyənləşib.

Newsport.az xəbər verir ki, dünən Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”yə məğlub olan Ayxan Abbasovun kollektivi istirahətə buraxılıb.

Gələn il yanvarın 4-də bir araya gələcək komanda, Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək. Klub bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. “Qartallar” ayın 18-də və ya 19-da yerli klublardan biri ilə yoxlama matçında qüvələrini sınayacaqlar. Bundan sonra hazırlığın ilk mərhələsini yekunlaşdıracaq qəsəbə təmsilçiləri, Yanvarın 21-də Türkiyəyə yollanacaq. Nəzərinizə çatdıraq ki, zirəlilər hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində məskunlaşacaq "Zirə" burda üç yoxlama matçı keçirəcək.

Xatırladaq ki, qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right