Ruslan Abışov 1/2 finalda komandasına kömək edə bilməyəcək

"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, futbolçu 1/4 final mərhələsinin cavab görüşündə, "Zirə" ilə matçın birinci hissəsində sarı vərəqə alıb. Bununla da limiti dolduran Ruslan cəzalı duruma düşüb. Xatırladaq ki, 30 yaşlı oyunçu "Zirə" ilə matçın ilk görüşündə də sarı vərəqə almışdı.

Qeyd edək ki, "Neftçi" növbəti mərhələdə "Səbail" - "Qəbələ" cütünün qalibi ilə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right