Ruslan Abışov: "Həm azarkeşlərin basqısı, həm də öz istəyimiz var idi" MÜSAHİBƏ

"Bugünki oyunda şükürlər olsun ki, hər şey qaydasında getdi. İstədiyimiz o idi ki, ən azı bir qol vuraq. Lakin bir olmadı, iki oldu. İkinci hissədə də istəyirdik daha da yaxşı oynayaq, qol vuraq. Çünki 2-0 sürüşkən hesabdır. Hər zaman hər şey ola bilərdi. Önəmli olan mərhələni keçmək idi.  Bundan sonra daha yaxşı hazırlaşacayıq".

Newsport.az  xəbər verir ki, bu sözləri "Neftçi" - "Zirə" matçından sonra (2-0)  "ağ-qaralar"ın kapitanı Ruslan  Abışov stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib.

-Aqressiyalı oynayırdız... 

-Sözssüz ki, biz artıq neçə oyundur  “Zirə”ni məğlub edə bilmirdik. Həm azarkeşlərin basqısı, həm də öz istəyimiz var idi. Mənə elə gəlir ki, bu qələbə tam yerinə düşdü.

-Qələbəni sanki finalda qalib gəlmişcəsinə qeyd etdiniz.

-Düzdür, “Zirə” üzərində qələbə bizim üçün böyük əhəmiyyət kəsb edir. Sanki bu komandaya qarşı tilsim var idi. Bu gün də özümüzə söz vermişdik ki, bu tilsimi qıracağıq.

-Çoxdandır azarkeşlərlə bu cür bütövlük yaratmamışdınız. Buzlar əriyib demək olar?

-Bizim azarkeşlər hər zaman yanımızdadırlar. Onlarla heç vaxt problemimiz olmayıb. Müəyyən vaxtlarda küskünlük olmuşdu. Artıq hər şey keçmişdə qalıb.

-Dəfələrlə sizi mix-zonaya dəvət etmişik gəlməmisiz. Bu nə ilə bağlıdır?

-Ola bilər oyundan sonra kefim  olmayıb. Nəticə yaxşı olmayıb deyə gəlməmişəm. Futbolçu da insandır. Üzürlü sayın bu normaldır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right