Yunis Hüseynov: "Bir ucdan hamını çıxardıb 5-10 futbolçuyla da qala bilmərik"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Keşlə"ylə evdə 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ilk olaraq matç haqda fikirlərini bildiirb. 

- Əslində, oyunla bağlı fikir bildirmək çətindi. İstəridm ki, mövsümün ikinci yarısında avrokuboklara çıxmağa şansımız qalsın. Yalandan durub deməyək ki, qış fasiləsindən sonra Avropaya şansımız var və çempionatdan buna vəsiqə qazanacağıq. Yox, bu, yalan olardı. Ancaq kubok elə bir yarışdı ki, irəliləmək mümkün idi. Əfsuslar olsun ki, onu da bacarmadıq. Bakıda 0:2 hesabı ilə uduzanda da artıq hiss olunurdu ki, cavab matçında ağır olacaq, rəqib burda əks-hücumlarda oynayacaq. Bu da oyunda göründü. Futbolçularımızda istək var idi. Deyə bilmərəm ki, onlarda istək yox idi. Qələbə əldə etmək üçün meydanda çox çalışdılar. Ancaq təcrübə çatmadı. İstək var idi, təcrübə yox idi. Ona görə də bu gün məğlub olduq. "Keşlə"yə uğurlar arzu edirəm. İnşallah, bu gündən tətilə çıxdıq. Yanvardan hazırlığa başlayacağıq. Çalışarıq ki, gələn ildə komandamızı bir az da olsa, gücləndirək. 

-  "Sumqayıt"la ev oyunundan sonra bildirmişdiniz ki, "qara siyahı" hələ hazır deyil. Ancaq futbolçularıma son xəbərdarlıq etmişəm ki, kubok son şansdı. Artıq müəyyənləşdimi ki, kimlər gedəcək, kimlər qalacaq?

- Mən 5 oyundu komandanı götürmüşəm. Bunun 2-si çempionat, 3-ü kubok matçıdı. Bu 5 oyunun 4-də komandamız məğlub oldu. Üstəlik, yaxşı oyun göstərmədilər. Doğrudu, "Binə"yə kubokda qalib gəldik. Ancaq onda da yaxşı oyun nümayiş etdirməmişdik. Hər bir klubda dəyişiklərin olması labüddü. Bizdə də gələcəkdə dəyişiklik olacaq. Ancaq bu dəqiqə adlarını hallandırmağım bir az düz çıxmaz. Ancaq bəli, gedən oyunçularımız olacaq, onları müəyyənləşdirmişəm. 

- "Kəpəz"ə Yunis Hüseynovun komandası deyiriksə, heyətin 90 faizi dəyişilməlidi. Belə olan halda, futbolçu tapmaq çətin olmayacaq ki?

- Elə mənim də qorxduğum budu. Söz vermişəm ki, komandanı düzəldəcəyik. Ancaq qış fasiləsində futbolçu tapmaq çətin olduğundan, qorxduğum da buna görədi. Hamı gələndə vaxt istəyir. Ancaq özünüz də şahidsiniz ki, "Kəpəz"də dəyişiklik çox olmalıdı. Çıxaranda futbolçu da tapmaq lazımdı ki, yerini doldurasan. Bir ucdan hamını çıxardıb 5-10 futbolçuyla da qala bilmərik. Ona görə də qışda komanda qurmaq çox çətindi. Buna baxmayaraq, gecə-gündüz onun üzərində işləyirəm ki, komandamıza layiqli futbolçular gətirək. Hər gün o işlə məşğulam, futbolçu axtarışındayam. Bunun nə dərəcədə alınacağını inşallah, zaman göstərəcək. Ancaq komanda yay transfer dövründə tamam başqa səviyyədə hazırlayacağıq. 

- Kərim Diniyev bu oyunda heç ehtiyatda da deyildi. Belə düşünmək olarmı ki, o da atasının - Şahin Diniyevin gedişindən sonra "Kəpəz"də qalmaq istəmədiyindən, yol üstündədi? Bunu hiss etmisinizmi?

 - Yox. Açığı, elə bir şey hiss etməmişəm. Kərim zədəlidi. O, peşəkar futbolçudu, Şahin müəlilmə heç bir aidiyyatı yoxdu. Peşəkar futbolçu klubla müqavilə imzalayırsa, sonadək mübarizə aparmalıdı. Ancaq mən elə fikir formalaşamayıb ki, Kərim də getmək istəyir. O, sadəcə ilk oyunda süni örtüklü meydançada dizindən zədə aldı. Buna görə də "Keşlə"ylə cavab matçını buraxdı. Anca siz dediyiniz fikilər qəti surətdə yoxdu. 

- Əcnəbilərin taleyi necə olacaq?

- Yəqin ki, klub mətbuat xidməti vasissilə bunu sabah açıqlayacaq. Eləcə də qış hazırlıq planlarıyla. Bu, artıq hazırdı və yaxın vaxtda rəsmən açılayacağıq. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right