"Keşlə" 800 manat cərimə olunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda qəbul olunan qərara əsasən, Azərbaycan Kubokunun ¼ final mərhələsi çərçivəsində baş tutan “Keşlə” – “Kəpəz” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Eyni zamanda 1/4 finalın digər oyunu “Zirə” – “Neftçi” görüşünündə də “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə alaraq komandalarını 800 manat ziyana salıblar.

Sizi digər klublara tətbiq olunan cəzalarla tanış edirik:

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

I Divizionun XIII turunun “Binə” – “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur (maddə 52).

I Divizionun XIII turunun MOİK – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun XIII turunun “Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1). 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right