"Qarabağ"ın futbolçusu Çin klubuna keçir

"Qarabağ"ın əsas fiqurlarından hesab edilən Dino Ndlovu Ağdam klubunun heyətində sərgilədiyi oyunla digər klubların diqqət mərkəzindədir.
 
Newsport.az xəbər verir ki, cənubi afrikalı forvardın xidmətində maraqlı olan klublardan daha birinin adı müəyyənləşib. Bu, Çinin "Hançjoy Qrintaun" komandasıdır. 27 yaşlı forvardın "Qarabağ"la müqaviləsi mövsümün sonunda yekunlaşacaq. Çin təmsilçisi Dinonu heyətinə qatmaq üçün Ağdam klubu ilə danışıqları davam etdirir.

 

Ndlovuya və kluba yaxın olan, amma adı açıqlanmayan mənbə "goal.com"-a məlumatı təsdiq edib: "İki klub arasında danışıqlar davam edir. Dinonun özü də Çində oynamaq istəyir. Bu transfer gəlirli sövdələşmə olacaq".
 
2016-cı ildən "Qarabağ"da top qovan Ndlovu bu mövsüm 25 oyuna 9 qol vurub.

 

Qeyd edək ki, "Hançjoy Qrintaun" Çinin I Divizionunda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right