Azərbaycan Kubokunda ilk yarımfinalçılar məlumdur Yenilənir

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olacaq. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edəcək. Premyer Liqanın sonuncu pillələrində qərarlaşan komandalar duelində nisbətən "Keşlə" şanslı hesab edilir.

Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" Topaz Premyer Liqada da bu rəqibə qalib gələ bilmir. Tərlan Əhmədovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.



 

14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə” 2-3

Qollar: Mirsahib Abbasov 33, 84, Şəhriyar Rəhimov 48, Kamran Abdullazadə 79, Pərdis Fərcad 81,
İlk oyun - 0:2
Hakimlər:
 Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə” 2-0

Qollar: Uqo Barqas 37, Mirabdulla Abbasov 45+2
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right