"Qarabağ"da ŞOK AYRILIQ: Almeyda gedir

Daha bir futbolçu "Qarabağ"la yollarını ayıra bilər.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun əsas üzvlərindən biri sayılan Riçard Almeyda yayda klubu tərk etmək istəyir. Millimizin yarımmüdafiəçisi daha səviyyəli çempionatda - İtaliya A seriyasında mübarizə aparan klublardan birindən gələn təklifi dəyərləndirmək niyyətindədi.

"Qarabağ" rəhbərliyi braziliyalını komandada saxlamaq istəsə də, Almeyda özü də İtaliyada oynamağa can atır.

Əslində bu keçid yayda baş tutmalı idi, lakin "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması tərəflər arasındakı danışıqları dondurmuşdu.

Mənbənin bizə verdiyi məlumata görə, qarşı tərəf Almeyda üçün "Qarabağ"a yaxşı məbləğ təklif edib. Məhz elə bu amil də Azərbaycan çempionunun məsələyə isti yanaşmasına səbəb olub.

Sportlife.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah