Vüqar Məmməd: "Bu yaş qrupunda olan futbolçuları tanıyıram"

Azərbaycanın U-19 yığmasına baş məşqçi təyin olunan Vüqar Məmməd bununla bağlı fikirlərini bölüşüb.
 

Newsport.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:

“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right