İspaniyalı futbolçu "Neftçi"dən göndərilir

Paytaxtın "Neftçi" klubu qış transer dönəmində heyətində islahatlar aparcaq.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tərlan Əhmədov komandadan göndərəcəyi futbolçuları müəyyənləşdirib. 

Bizdə olan məlumata görə, Pavel Dreksanın başa çatmaq üzrə olan  icarə müqaviləsi yenilənməyəcək. Xorvatiyalı müdafiəçi Mateo Mujekin komandadan gedəcəyi demək olar ki, dəqiqləşib. Tərlan Əhmədov ispaniyalı hücumçu Daniel Seqovianın da xidmətində maraqlı deyil. Mütəxəssis hücumçunun yerini daha məhsuldar forvardla doldurmaq niyyətindədir. Çalışdırıcı artıq bu mövqeyə futbolçu axtarışına başlayıb. 

Bundan başqa, “ağ-qaralar”ın sıralarını bir neçə yerli futbolçu da tərk edəcək. Böyük ehtimalla əsas heyətə düşməkdə çətinlik çəkən Fəhmin Muradbəyli, Rahil Məmmədov və Məqsəd İsayev yeni futbol ilində başqa komandanın şərəfini qoruyacaqlar. Azarkeşləri təhqir etdiyinə görə əsas komandadan uzaqlaşdırılan Elnur Cəfərovun adı isə "Kəpəz"lə yanaşı hallanır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right