Qurban Qurbanovun “qara siyahı”sı Millidən kənarda qalacaqlar

Son vaxtlar Azərbaycan futbolunun uğurlarında böyük pay sahibi olan Qurban Qurbanov üçün yeni era başlayır. Çalışdırıcı milli komandada fəaliyyətinə start vermək üzrədir.

 

Yanvar ayında Qurban Qurbanov yeni işinin icrasına rəsmən başlayacaq. Sözsüz, hazırda bütün azərbaycanlı futbolçulara Qurban Qurbanov bəlkə də millinin potensial üzvü kimi baxır. Amma Qurbanovun siyahıdan birdəfəlik sildikləri də var.  

 

Bizdə olan məlumata görə, təcrübəli çalışdırıcı Türkiyənin “Bursaspor” klubunun futbolçusu Dəniz Yılmazı milliyə dəvət etməyəcək. Mütəxəssis “yaşıl timsahlar”ın heyətinə düşməyə çətinlik çəkən futbolçunun yerini yerli oyunçu ilə doldurmaq niyyətindədir.

 

Maraq üçün bildirək ki, millimizin sabiq baş məşqçisi Robert Prosineçki də Dəniz Yılmazdan imtina etmişdi. Belə ki, türk əsilli hücumçu DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyundan öncə xorvatiyalı çalışdırıcıya etiraz etmişdi. Prosineçki məhz bundan sonra millidə çalışacağı təqdirdə forvarda dəvət göndərməyəcəyini açıqlamışdı.

 

Qurbanovun “qara siyahı”sına düşən futbolçulardan biri də milliləşdirilmiş yarımmüdafiəçi Eddi İsrafilovdu. İspaniyanın “Ximnastik” klubunun ilk onbirliyindən kənarda qalan futbolçunun millinin toplanışlarına dəvət almayacağı gözlənilir. Millinin heyətində oynadığı matçlarda özünü göstərə bilməyən İsrafilovun millidən birdəfəlik uzaqlaşdırılacağı da gündəmdədi.

 

Qeyd edək ki, millimiz Qurban Qurbanovn rəhbərliyi altında ilk oyununu Gürcüstan millisinə qarşı keçirəcək.

 

Mənbə: Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right