"Neftçi"nin prezidenti UEFA-nın tədbirində

Yanvarın 29-da İsrailin Tel-Əviv şəhərində UEFA-nın təşkilatçılığı ilə ali kateqoriyalı UEFA nümayəndələri üçün seminar başlayacaq.

 

Newsport.az xəbər verir ki, tədbirdə Azərbaycanı "Neftçi” klubunun prezidenti Orxan Hüseynzadə, AFFA baş katibinin müavini Sərxan Hacıyev və AFFA beynəlxalq ələqələr departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər.
 
Seminara yanvarın 30-da yekun vurulacaq.
 
Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən etibarən qitə ali qurumunun bayrağı altında keçirilən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right