"Kəpəz" "Keşlə" üçün hazırlıqlara başlayıb

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına başlayıb.

Newsport.az xəbər verir ki, Bakıda keçirilən ilk görüşdən sonra komanda üzvləri istirahət etmədən dünən məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. Komandanın bugünkü məşqi isə Bakı Olimpiya Stadionunun yardımçı meydançasında olacaq. “Kəpəz” oyun öncəsi son çalışmasını Gəncədə görüşün reallaşacağı şəhər stadionunda keçirəcək. Məşq prosesi dekabrın 13-ü saat 15:30-a təyin olunub.  

Qeyd edək ki, görüş 14 dekabr saat 13:00-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right