“Region Liqası” turnirinin püşkatma mərasimi keçiriləcək

Sabah, yəni Dekabrın 13-də “Region Liqası” turnirinin püşkü atılacaq.

 

Newsport.az xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçiriləcək. Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.

 

Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən ibarət olacaq.

 

Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

 

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right