Fərhad Vəliyev: "Düşünürəm ki, hakim haqlı qərar verdi" Müsahibə

Bu gün Azərbaycan Kubokun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qonaq edib və görüş ağdamlıların 2-1 hesablı qələbəsi ilə başa çatıb. Newsport.az xəbər verir ki, oyunsonrası stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablanıran qonaqların qolkiperi Fərhad Vəliyev bunları bildirib: 

Nə baş verdi həmin epizodda?

-Axırıncı son dəqiqələrdə  Pedro ilə təkbətək qaldım, istədim topu kənarlaşdırım ona toxundum. Düşünürəm ki, hakim haqlı qərar verdi.

-Qazanılan nəticəni uğurlu hesab etmək olarmı sizin üçün ?

-Əlbətdə səfərdə oynadıq.  “Qarabağ” kimi klub ilə səfərdə 1-2 məğlub olmaq pis nəticə deyil. Düşünürəm ki, evdəki oyunda yaxşı hazırlaşıb mərhələ adlamaq olar.

-Cavab oyununda “Sumqayıt”ın üstünlüyü nə olacaq?

-Biz güclü rəqiblərə qarşı həmişə yaxşı mübarizə aparmışıq. Bu dəfə də elə olacağına ümid edirəm. Azarkeşlərimiz də bizi tək qoymayacaqlar inşallah. Birlik olub güclü mübarizə aparacayıq.

-Çempionatın ilk yarısı artıq başa çatıb. Bu nəticəni komanda üçün uğurlu nəticə saymaq olarmı?

-Keçmişə baxanda əlbətdə. Bizim üçün 4-cü yer pis nəticə deyil məncə.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right