Vurğun Hüseynov: "Ümid həmişə var. Çalışacayıq o ümiddən yararlanaq" Müsahibə

"Düzdür artıq neçə oyundur ki, həm çempionat, həm də kubok oyununda ilk hissədə öndə oluruq. Lakin ikinci hissəni məğlub başa vururuq. Biz də istəyirik ki, qələbə qazanaq, ancaq olmur. Düşünürəm ki, heç də pis nəticə deyil. Evdə mübarizə aparıb mərhələ keçə bilərik". Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov oyunsonrası stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib.

-İkinci hissədə niyə oynaya bilmirsiz?

-Təkcə bizim oynamağımızdan irəli gələn hal deyil. Rəqibin təzyiqi nəticəsində arxada oynamağa məcbur olursan.

-Fərhadın qırmızı vərəqə aldığı epizodu necə qiymətləndirisən ?

-Qırmızı vərəqə var idi fikrimcə

-Burada vurulan bir qol ümid verirmi cavab oyununda yaxşı nəticəyə?

-Təbii ki, ümid verir. Bayaq da qeyd etdiyim kimi, artıq neçə oyundur ki, həm çempionat, həm də kubok oyununda ilk hissədə öndə oluruq. Lakin ikinci hissədə məğlub oluruq. Biz də istəyirik ki, qələbə qazanaq, ancaq olmur. Düşünürəm ki, heç də pis nəticə deyil. Evdə mübarizə aparıb mərhələ keçə bilərik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right