"Çempionatdan fərqli olaraq bu kubok oyunu idi. Onun üçün də qazanmaqdan başqa əlacımız yox idi. Gördük ki, rəqib çox çətin rəqibdir və cavab oyununda işimiz çətin olacaq. Çox çətinliklə qələbə qzandıq. Bugünki oyun göstərdi ki, cavab görüşü bizi çətin oyun gözləyir". Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike "Sumqayıt"la oyundan sonra (2-1) stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib.
-Çətin oynamağınız “Sumqayıt”dan irəli gəlirdi? Yoxsa son zamanlar olan sıx qırafikdən asılı olan haldır?
-“Sumqayıt”ı sıradan bir komanda adlandırmazdım. Bugünki nəticənin belə çətin əldə edilməsində rəqibin əziyyətini də qeyd etmək lazımdır.
-Ehtiyyatdan başlamağınız nə ilə bağlıdır?
-Bunu təbii qəbul etmək lazımdır. Heyətimizdə yüksək səviyyəli oyunçular var. Kimliyindən asılı olmayaraq hansı meydana çıxırsa yüksək səviyyədə oyun göstərməlidir.
-Kluba gəlməyinizdə əsas stimul Çmepionlar Liqası idi. Hal-hazırda klub ÇL-da çıxış etmir. Bəs gələn il klubu tərk etmək niyyətiniz varmı?
-Təbii ki, ÇL-faktoru oldu. Amma istənilən halda təkcə bununla əlaqələndirməzdim. Maya qədər buradayam. Ondan sonra nə olacağını zaman gostərəcək.