Samir Əliyev: "Qısa zamanda sistemi dəyişmək çətindi"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ”yə səfərdə 0:1 məğlub olmuş “Səbail”in baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, mütəxəssis ilk olaraq oyunu şərh edib:

- Ard-arda ağır oyunlar keçirdik. Futbolçularda yorğunluq var idi. Bu gün bir qədər fərqli sistemlə oynadıq. Keyfiyyəti kənara qoyub, müdafiədə daha etibarlı oynamağa çalışdıq. Buna rəğmən, rəqib xeyli sayda qol imkanı yaratdı. Çalışacağıq cavab oyununda daha yaxşı oynayaq.

- Çempionat oyunlarında “Qəbələ” komandanıza daha asan qalib gəlmişdi. Nəyi dəyişmişdiniz ki, bu gün daha ciddi müqavimət göstərə bildiniz?
- Sistemdə dəyişiklik etmişdik. Əlbəttə, qısa zamanda sistemi dəyişmək çətindi. Buna illər lazımdı. Həm də buraxılan səhvlərdən nəticə çıxarmağa çalışmışdıq. İnanıram ki, qış fasiləsindən sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.

- İkinci hissədə komandanız dayandı. Bu, fiziki cəhətdən çatdırmamaqla bağlı idi, yoxsa psixoloji məqamla?
- Bəhanə axtarmıram. Fiziki cəhətdən də çatdırmırdıq, rəqibin hücum xəttinin olduqca güclü olması da rol oynadı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right