Dani Kintana ikiqat sevindi

4-cü turdan təxirə salınmış “Səbail” – “Qarabağ” görüşündə fərqlənən ağdamlıların legioner oyunçusu Dani Kintana üçün bu matç ikiqat əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, qarşılaşmada vurulan ikinci topun müəllifi olan 30 yaşlı futbolçunun “Səbail”ə vurduğu qol Premyer Liqada, “Qarabağ”ın heyətində vurduğu 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

 

Qeyd edək ki, “Qarabağ” səfər oyununda "Səbail" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right