"Qarabağ" rekorda imza atıb

"Qarabağ" mövsüsm ərzində ardıcıl 6-cı qələbəsini qazanıb.

 

Newsport.az xəbər verir ki, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanır. Belə ki, ardıcıl 6 oyundur qələbə qazanan "köhlən atlar" mövsümün rekord göstəricisinə imza atıblar. Xatırladaq ki, buna qədər olan  rekord da  “Qarabağ”a məxsusdur. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

 

Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right