Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub. İlk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə ötən mövsümdə olduğu kimi 2-ci pillədə yollanıb.
Newsport.az xəbər verir ki, keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 3 dəfə məğlub olub. İlk oyununu avqustun 12-də keçirib, 114 günlük mübarizədən sonra hesabında 1 il əvvəlki qədər 31 xal olan komandamızın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:
- “Qəbələ” ardıcıl 2-ci mövsümdə ilk yarıda ən çox qol vuran komanda olub – 28 top. Komandanın orta məhsuldarlığı 2,00-dır.
- 14 matçda 14 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 3-cüdür. Komanda hər oyunda orta hesabla 1,00 qola üzülüb.
- Öz meydanında – 7 matç keçirən “Qəbələ” 16 xal toplayıb.
- Evdə “qırmızı-qaralar” 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzublar. Komanda 11 top vurub, 5-ni buraxıb.
- 7 səfər matçında 15 xal toplayan “Qəbələ” çempionatda ən yaxşı göstəriciyə malikdir. 5 qələbə qazanıb, 2 dəfə uduzan “qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 19 top. Komandamız səfərdə 9 dəfə topu qapısında görüb.
- “Qəbələ” hamıdan çox - 14 oyundan 13-də qol vuran 2 komandadan biridir. Komandamız yalnız “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğu ev matçında fərqlənə bilməyib.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:1 - 4 dəfə, 1:0 – 3 dəfə, 3:1 – 2 dəfə, 1:1, 2:0, 3:0, 3:2, 6:1 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb.
- “Kəpəz” üzərindəki 6:1 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- “Qəbələ” ilk yarıda bir əzmkar qələbə əldə edib. “Neftçi” ilə matçda hesabda geri olan komanda 3 xal əldə edə bilib.
- İlk 14 turda futbolçularımız poker və het-trikə imza atmasa da, 5 dubl qeydə alınıb. Baqali Dabo mövsümdə hamıdan çox – 3 dəfə bunu bacarıbsa, Filip Ozobiç və Famussa Kone hərəyə 1 qarşılaşmada 2 qol vurublar.
- Baqali Dabo son 4 turda meydanı qolsuz tərk etməyib. Bu, həm mövsümün, həm də klub tarixinin ən qollu seriyasıdır. Dabo 4 görüşdə 6 dəfə fərqlənib.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 2 kapitan çıxarıb. Cavid Hüseynov 9, Ürfan Abbasov 5 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 5 hakim idarə edib. Ömər Paşayev 4, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 3, Əliyar Ağayevlə İnqilab Məmmədov 2 matçda fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə daha yaxşı oynayan komandamız 15 qol vurub, 3-nü buraxıb. Fasilədən sonra isə top fərqi 13-11-dir.
- “Qırmızı-qaralar” 7 ev oyununun hamısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 7 ev matçını 9675 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1382 seyrçi olub.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, “Kəpəz”lə görüşü ən az – 175 tamaşaçı izləyib.
Bütün oyunlar
12.08.2017. İnter - Qəbələ - 1:2
Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)
20.08.2017. Qəbələ - Sumqayıt - 1:0
Tellur Mütəllimov, 40
26.08.2017. Qarabağ - Qəbələ - 2:1
Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69
09.09.2017. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74
17.09.2017. Səbail - Qəbələ - 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
24.09.2017. Qəbələ - Neftçi - 2:1
Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48
29.09.2017. Qəbələ - Kəpəz - 0:2
Kərim Diniyev, 48; İlkin Sadıqov, 56
14.10.2017. Sumqayıt - Qəbələ - 0:1
Famoussa Kone, 29
22.10.2017. Qəbələ - Qarabağ - 1:0
Asif Məmmədov, 8
28.10.2017. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa Kone, 72
04.11.2017. Qəbələ - Səbail - 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
19.11.2017. Neftçi - Qəbələ - 2:3
Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80
25.11.2017. Kəpəz - Qəbələ - 1:6
Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14; Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65
03.12.2017. Qəbələ - Keşlə - 3:0
Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56
Qeyd: Çempionatın gedişində “İnter” adını dəyişərək “Keşlə” olub.
- İlk iki dövrədə “Qəbələ”nin formasını 22 futbolçu geyinib.
- İki oyunçu – Dmitri Bezotosnı və Baqali Dabo çempionatın bütün qarşılaşmalarında iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 22 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- “Qəbələ”nin ən yaxşı bombardiri Baqali Dabodur. 9 qol vuran futbolçumuz ardıcıl 2-ci mövsüm qış fasiləsinə Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu kimi yollanır. O, ötən il komanda yoldaşı Filip Ozobiçlə şərikli lider idi.
- Ümumilikdə “qırmızı-qaralar”ın 9 futbolçusu qol sevinci yaşayıb.
- Dabodan başqa, Famussa Kone 5, Stiven Monroz 4, Filip Ozobiç 3, Ruslan Qurbanovla Asif Məmmədov hərəyə 2, Cavid Hüseynov, Elvin Məmmədov və Tellur Mütəllimov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar.
- Komandamızın qapısına 2 penalti təyin olunub. Dmirti Bezotosnı hər iki zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov dəqiq olub.
- Mövsümün arxada qalan hissəsində futbolçularımız 30 vərəqə alıb. Bunlardan 28-i sarı, 2-si qırmızı olub. Hər iki qırmızı vərəqə birbaşa göstərilib.
- Meydandan kənarlaşdırılan oyunçularımız Cavid Hüseynovla Stiven Monroz olublar.
- Digər 28 vərəqə 16 futbolçuya göstərilib. Elvin Məmmədov, Endi Hallidey və Ürfan Abbasov hamıdan çox – hərəyə 3 xəbərdarlıq alıb.
- 14 matçdan 10-da qol buraxan Dmitri Bezotosnı 4 “quru” oyun keçirib. Ukraynalı qapıçı V-VI turlarda ardıcıl 2 matçda qapısını toxunulmaz saxlayıb.
Bütün futbolçular
Futbolçular
|
oyun
|
dəqiqə
|
qol (pen.)
|
sarı
|
qırmızı
|
Dmitri Bezotosnı
|
14
|
1260
|
-14 (2)
|
1
|
0
|
Baqali Dabo
|
14
|
1041
|
9
|
0
|
0
|
Ürfan Abbasov
|
13
|
1170
|
0
|
3
|
0
|
Vojislav Stankoviç
|
13
|
1114
|
0
|
2
|
0
|
Qismət Alıyev
|
13
|
1071
|
0
|
2
|
0
|
Asif Məmmədov
|
13
|
832
|
2
|
2
|
0
|
Stiven Monroz
|
11
|
763
|
4
|
2
|
1
|
Elvin Camalov
|
11
|
615
|
0
|
2
|
0
|
Vitali Vernidub
|
10
|
844
|
0
|
2
|
0
|
Dion Malone
|
10
|
709
|
0
|
1
|
0
|
Ruslan Qurbanov
|
10
|
538
|
2 (1)
|
1
|
0
|
Cavid Hüseynov
|
9
|
739
|
1 (1)
|
2
|
1
|
Famussa Kone
|
9
|
525
|
5
|
1
|
0
|
Tellur Mütəllimov
|
7
|
548
|
1
|
0
|
0
|
Filip Ozobiç
|
6
|
397
|
3 (1)
|
1
|
0
|
Elvin Məmmədov
|
6
|
384
|
1
|
3
|
0
|
Ekiqo Ehiosun
|
6
|
279
|
0
|
2
|
0
|
Deyv Bultuis
|
4
|
248
|
0
|
0
|
0
|
Roman Hüseynov
|
4
|
190
|
0
|
0
|
0
|
İlqar Qurbanov
|
4
|
159
|
0
|
0
|
0
|
Endi Hallidey
|
3
|
242
|
0
|
3
|
0
|
Rasim Ramaldanov
|
3
|
145
|
0
|
0
|
0
|