Samir Abasov "Atletiko"nun düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə İspaniyaya yollanıb.

Newsport.az-ın məlumatına görə, çalışdırıcımız AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.

1 həftə davam edəcək olan təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right