Təmkin Xəlilzadə: "Meydanda heç bir futbolçu ilə qəsdi-qərəzdiyim yoxdur" Müsahibə

"Çox çətin oyun oldu. Onun üçün də yaxşı hazırlaşmışdıq. Gözləyhirdik belə olacağını. “Neftçi” çox çətin rəqibdir. Hal-hazırda yaxşı formadadırlar. Güclü baş məşqçiləri var. Bilirdik ki, bizim kimi onlarda kubok oyununa çox üstünlük verirlər. Çünki avrokuboklara getməyin ən asan yolu kubokdur. Kubok oyunları çempionat oyunlarından fərqli olaraq iki oyundan ibarət olur. Onun üçün də biz tələsmədik və səbirlə oynadıq. Sonda da istədiyimiz qolu vurduq. Hələ heçnə bitməyib. Cavab oyununda da inşallah qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanarıq". Newsport.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə "Neftçi" ilə qarşılaşmadan sonra 1-0 stadiona ezam olunmuş əməkdaşımıza verdiyi müsahibəsində bildirib.

-Bu 1-0 cavab oyunu üçün yetərli olacaqmı?

-Yox deməzdim. Lakin pis nəticə deyil əslində. Evdə top buraxmayaraq 1-0 qələbə qazanmağımız yaxşı nəticədir. Əsas məqsədimiz evdə qol buraxmamaq idi. Şükürlər olsun ki, bunu da bacardıq.

-Maraqlıdır ki, “Zirə” çempionatda “Neftçi”yə uduzmayıb. Lakin keçən il kubokda mərhələ keçən “Neftçi” oldu. Yenə həmin hal təkrarlana bilərmi?

-Düzdü elə hal baş verib, ancaq bu futboldur. İnşallah biz bu tilsimi qıracayıq. Bu dəfə mərhələni keçəcəyik allahın izni ilə. Lakin hələ ki, heçnə bitməyib. Cavab oyununda bütün suallara aydınlıq gələcək.

-Deyirsən kubokdan avrokuboklara getmək daha asandır, ancaq yarımfinalda və finalda daha çətin rəqiblərlə qarşılaşacaqsız.

-Belə deyək çempionat uzun bir marafondur. Ancaq kubokda isə vəziyyət tamam başqadır. Burada oynadıqca rəqiblərini bir-bir azaldırsan. Yəni hər şey özümüzdən aslıdır. Məncə bu şansı əldən verməməliyik.

-Bugünki oyunda da bir az aqressiv idin. Bu istəkdən irəli gələn haldır yoxsa?

-Belə deyək də bütün komanda meydana qələbə üçün çıxmışdıq. Bunu istəknən bağlıyardım. Meydanda heç bir futbolçu ilə qəsdi-qərəzdiyim yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right