Ramiz Məmmədov: "Keçmişə qayıtmaq istəmirəm"

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Keşlə” – “Kəpəz” (2:0) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov jurnalistlərin suallarını cavablandırdı

Newsport.az xəbər verir ki, O, əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Kasad heyətlə oynadıq. Uşaqlar bacardıqlarını etdilər. Kubokda cavab oyunu olacaq. İşimizi buna görə qurmuşduq. İlk hissədə qollarımızı vurduq. Rəqib top saxlamağı bacarır. İkinci hissədə “Kəpəz”in itirəcəyi bir şeyi qalmamışdı. Komandamızın müdafiədən oyunu istəmədən alındı. Rəqib bizi  buna məcbur etdi. Komandamız çox ağıllı oynadı. Cavab oyununa hazırlaşırıq.

- Düşünmürsüz ki, komandadakı dəyişiklikləri daha erkən etmək daha yaxşı olardı?
- Mən Nostradamus, ya da Vanqa deyiləm ki... Həyatın nəbzini tutmaq lazımdı. Birdən-bitrə dəyişiklik etmək çətindi və qanunauyğun deyil. Komandadakı gənclər özləri bizi məcbur edirlər ki, heyətə düsünlər. Kim oynayırsa, meydan onundu.

- Demək olarmı ki, lazımsız futbolçular artıq komandadan tam təmizlənib?
- Keçmişə qayıtmaq istəmirəm. İrəliyə baxırıq. Futbolçularımı da buna səsləyirəm. Hiss edirəm ki, komanda öz oyununu tutmaq üzrədi. Uşaqlarda özünəinam qayıdır. Hansısa səhvlərdən danışmaq istəmirəm. Boşluq görürəmsə, bunu aradan qaldırmağa çalışmalıyıq. Həmin futbolçuların çatışmazlıqlarını düzəltməyə çalışırıq. Burda əziyyəti olan heç kimi yaddan çıxarmıram. Hər birinin böyük əməyi olub. Bizdən əvvəlki məşqçilərin də həmçinin. Hamısına təşəkkür edirəm.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right