“Neftçi”dən göndəriləcək legionerlərin adları müəyyənləşdi

Paytaxtın “Neftçi” klubu qış fasiləsi zamanı heyətində islahatlar aparacaq.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tərlan Əhmədov artıq komandadan göndərəcəyi futbolçuları müəyyənləşdirib.

Pavel Dreksanın başa çatmaq üzrə olan  icarə müqaviləsi yenilənməyəcək. Xorvatiyalı müdafiəçi Mateo Mujekin komandadan gedəcəyi demək olar ki, dəqiqləşib.

Bundan başqa, “ağ-qaralar”ın sıralarını bir neçə yerli futbolçu da tərk edəcək. Böyük ehtimalla əsas heyətə düşməkdə çətinlik çəkən Fəhmin Muradbəyli və Məqsəd İsayev yeni futbol ilində başqa komandanın şərəfini qoruyacaqlar.

Qeyd edək ki, Muradbəyli ilə İsayev “Neftçi”nin yetirməsidir.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right