"Keşlə" "Kəpəz"ə, "Zirə" "Neftçi"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk olaraq, Premyer Liqanın autsayderləri "Keşlə" və "Kəpəz" münasibətlərinə aydınlıq gətirəcək. Mövsümün gedişində baş məşqçisini dəyişən və çempionatda işləri yolunda getməyən komandalar yarımfinala adlamaq üçün əla imkan əldə ediblər. Çünki hər iki klub bir-birinə münasib rəqib gözü ilə baxır.

Mərhələnin bu gün baş tutacaq digər oyunu Zirədə reallaşacaq. Yerli komanda doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edəcək. Premyer Liqada işləri qaydasında gedən “Zirə”dən fərqli, “Neftçi” üçün kubokda sona qədər irəliləmək daha önəmlidi. Qış fasiləsinə 6-cı pillədə yollanan "ağ-qaralar" Avropa Liqasına vəsiqə şansını riskə atmamaq üçün ilk olaraq “Zirə”ni mübarizədən kənarlaşdırmalıdı. Ayxan Abbasovun komandası isə növbəti mərhələyə adlamaq üçün "Neftçi"ni ilk oyunda məğlub etməyə çalışacaq. 

Azərbaycan Kuboku, 1/4 final
İlk oyunlar
10 dekabr (bazar)
 
14:00. "Keşlə” – "Kəpəz” 2-0
Qollar: Pərdis Pərcad 18, Rafael Məhərrəmov 42,
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
"İnter Arena”
 
16:00. "Zirə” – "Neftçi” - 1:0
Qol: David Manqa, 86
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right