Newsport.az xəbər verir ki, Tədbir "Fairmont otel"in Səttar Bəhlulzadə zalında (“Üç alov qülləsi”) keçiriləcək.
Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.