Vüqar Nadirov: "Kənardan elə görünə bilər" Müsahibə

"Kənardan elə görünə bilər. Yaxud da kimsə elə fikirləşə bilər ki, aqressivəm. Elə deyil. Çalışıram ki, öz oyunumu oynayım. Aqressiv olsam, onda gərək hamı ilə dalaşam. İstəkli oynayıram. 7 il bu komandada oynamışam. Tək “Qarabağ”a qarşı deyil, bütün komandalara qarşı bu cür motivasiya ilə meydana çıxıram". Newsport.az xəbər verir ki, Bu sözləri "Səbail"in futbolçusu Vuqar Nadirov "Qarabağ"la oyundan sonra 0-2  jurnalistlərin suallarını cavablandırarkən bildirib.

- “Qarabağ” kimi komandaya qarşı yaxşı oynadıq. Fərqlənmək üçün şanslarımız da oldu. Dəyərləndirə bilmədik. Belə komandaya qarşı bu cür oynadıqsa, deməli, komanda get-gedə düzəlir.

- Meydanda hər top uğrunda sonadək mübarizə aparırdın. Bu, istəkdən irəli gəlirdi, yoxsa aqressiyadan?

- Aqressiv deyildim. Hər bir oyunda istəkli çıxış etməyə, qol vurmağa çalışıram. Çünki qol vurmayanda sıxılıram.

- Hər dəfə bu sual veriləndə, aqressiv olmadığını deyirsən. Amma kənardan heç də elə görünmür...

- Kənardan elə görünə bilər. Yaxud da kimsə elə fikirləşə bilər ki, aqressivəm. Elə deyil. Çalışıram ki, öz oyunumu oynayım. Aqressiv olsam, onda gərək hamı ilə dalaşam. İstəkli oynayıram. 7 il bu komandada oynamışam. Tək “Qarabağ”a qarşı deyil, bütün komandalara qarşı bu cür motivasiya ilə meydana çıxıram.

- Bu gün bir çox qol imkanlarınız olsa da, fərqlənə bilmədiniz. Səncə, komandada nə çatışmır?

- Məncə, təcrübə çatmır. Hamıda istək var. Özünüz də görürsünüz ki, necə vuruşuruq. Yeni komandayıq. Get-gedə düzələcək. Birdən-birə heç nə olmur.

- Karyeranla bağlı nə fikirləşirsən? “Səbail”də qalacaqsan, yoxsa başqa təkliflərin var?

- Klubla müqaviləm davam edir. Hələlik heç bir planım, təklifim yoxdur. Heç yerə getmirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right