“Qarabağ” "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2017-ci ilin son oyunu keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, IV turdan təxirə salınmış oyunda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edəcək. 

Ağdam klubu bu görüşün nəticəsindən asılı olmayaraq qış çempionluğunu təmin edib. “Qarabağ” debütant üzərində qələbə qazansa, fasiləyə ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə yollanacaq. 

Qeyd edək ki, bu komandalar arasında ikinci dövrədə keçirilən görüş Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə tamamlanıb.



Azərbaycan Premyer Liqası

IV turdan təxirə salınmış oyun

8 dekabr

19:00. “Səbail” - “Qarabağ” 0-2

Qollar: Pedro Enrike 56, Dani Kintana 69 (p),
Bayıl Arena





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right