"Sabah" "Şüvəlan"a belə qalib gəldi Video icmal

Azərbaycan 1-ci Divizionunda 13-cü tura start verilib.

Newsport.az xəbər verir ki, turun açılış günü bir oyun baş tutub. "Şüvəlan" səfərdə "Sabah"ın qonağı olub. Lakin görüş qonaqlar üçün heç də yaxşı keçməyib. Belə ki, ev sahibləri oyunun ilk hissəsində matçın taleini həll ediblər. Görüşün 8-ci dəqiqəsində Elşad Manafov fərqlənib. Oyunun 28-ci dəqiqəsində isə Eltun Hüseynov fərqi iki topa çatdırıb. Matçın ikinci hissəsində "Şüvəlan futbolçuları buraxılan toplardan birinin əvəzini çıxsalar da, bundan artığına gücləri çatmayıb. Şahin Əliyev 88-ci dəqiqədə fərqlənib. 

"Sabah" 2-1 "Şüvəlan" 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right