Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Newsport.az xəbər verir ki, 6 gün ərzində mərhələnin ilk və cavab oyunları baş tutacaq.Sizə 2017-ci ilin son görüşləri olacaq bu matçlarda üz-üzə gələn komandaların ölkə kubokundakı şəxsi qarşılaşmalarının balansını təqdim edirik:
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
10-11 dekabr
11. "Qəbələ" - "Səbail" – indiyədək qarşılaşmayıblar
12. "Zirə" - "Neftçi" – 2 oyun, +1=0-1, top fərqi 2-4
Ötən mövsüm də yolları kəsişən paytaxt klubları yenidən eyni mərhələdə üz-üzə gələcək. Bir il əvvəl hər iki komanda səfər qarşılaşmasında qalib gəlib. İlk oyunu qonaq qismində keçirən “Neftçi”nin böyükhesablı qələbəsi sonda yarımfinala keçmək üçün həlledici olub.
2016/17
|
1/4 final
|
Zirə - Neftçi (Bakı)
|
0:3, 2:1
|
13. "Keşlə"- "Kəpəz"" – 2 oyun, +1=1-0, top fərqi 2-0
1/4 finalın üç cütündə olduğu kimi bu komandalar da ötən mövsüm eyni mərhələdə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olmadan və qol buraxmadan mərhələ adlayıb. Bakılılar həlledici qələbəni ev matçında əldə edib.
2016/17
|
1/4 final
|
İnter (Bakı) - Kəpəz (Gəncə)
|
2:0, 0:0
|
14. "Qarabağ" – "Sumqayıt" – 5 oyun, +5=0-0, top fərqi 20-3
Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında “Qarabağ” qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Ağdam klubu öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.
2011/12
|
1/8 final
|
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər
|
3:0
|
2015/16
|
1/4 final
|
Qarabağ (Ağdam) - Sumqayıt
|
2:0, 4:1
|
2016/17
|
1/4 final
|
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər
|
6:0, 5:2
|