"Sumqayıt" "Qarabağ" ilə oyuna itkilərlə çıxacaq Fotolar

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, "Sumqayıt" bugün saat 11:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak edə bilməyiblər. Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. Komanda məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verib.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right