Dövrənin ən yaxşısı “Qəbələ”dir

Azərbayacan Premyer Liqasında 2-ci dövrəyə yekun vurulub. Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.

Newsport.az xəbər verir ki, yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. “Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.

Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right