"Qəbələ" AVİS-lə müqaviləni yenilədi

“Qəbələ” İdman Klubu ilə AVIS Azərbaycan şirkəti arasında əməkdaşlıq müqaviləsi yenilənib.

Newsport.az xəbər verir ki, müqaviləyə əsasən, AVIS “Qəbələ”ni daha 1 il  nəqliyyat vasitələri ilə təmin edəcək. AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklərlər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right