“Qarabağ”a hamı “asan yem” kimi baxırdı” - Françesko

Sabah Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyunöncəsi mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, italyan mütəxəssis sabah onları çətin oyun gözlədiyini deyib:

- Ehtiyatlı olmalıyıq. Ciddi hazırlaşmışıq. Məsuliyyəti dərk edirik. Çətin oyun olacaq. Bu qarşılaşmada “Qarabağ”a nəfəs almağa imkan verməməliyik.
 
- Nainqqolan və Perotti “Qarabağ”la oyuna hazırdırlar?
- Çox xoşbəxtik ki, hər ikisi oyuna hazırdır.  SPAL-la matçda yüngül zədə alan Aleksandar Kolarov da “Qarabağ”a qarşı oynayacaq gücdədir.
 
- Qrupu ilk pillədə başa vurmaq üçün “Atletiko”dan Londondan hədiyyə gözləyirsiniz?
-  Çempionlar Liqasına bütün gücümüzü və diqqətimizi cəmləmişik. Mən bütün oyunlarda futbolçularıma deyirəm ki, taleyimiz öz əlinizdədir. Məqsədimiz 1/8 finala yüksəlməkdir.
 
- Sabah hansısa risk etməyi düşünürsünüz?
- Biz sabah yaxşı komanda ilə üz-üzə gələcəyik. “Qarabağ”a hamı “asan yem” kimi baxırdı. İlk oyunda “Çelsi”yə 0:6 hesabı ilə uduzmuşdular, amma növbəti oyunlarda tam fərqli “Qarabağ” gördük. Rəqibimiz ilk oyundakı "Qarabağ" deyil. “Atletiko” ilə oyunlarda komanda oyunu nümayiş etdirərək xallar qazandılar. Əvvəlcədən kiçik klub hesab etdiyimiz “Qarabağ”a qalib gəlməyimizə böyük dəyər verilməlidir. Səfərdəki oyunda hiss etdik ki, rəqibimiz güclüdür. Meydana çıxacaq oyunçularıma güvənirəm. 
 
- “Qarabağ”ın şansını necə dəyərləndirirsiniz? Sabah sürpriz edə biləcəklər?
- Mən həmişə nikbin olmuşam. Belə də davam edəcəm. Bir daha deyirəm ki, “Qarabağ” yaxşı komandadır. Suallara meydanda aydınlıq gələcək.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right