Denis Silva: "Komanda olaraq hazırda yaxşı vaxtlar yaşamırıq" Müsahibə

Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Qəbələ” ilə qarşılaşan “Keşlə”nin müdafiəçisi Denis Silva matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, braziliyalı oyunçu çətin vəziyyətdən birgə çıxacaqlarını bildirib:

 

- Oyun haqqında fikirləriniz nədir?

- Şanslarımız var idi. Düzünə qalsa, hər hansı bir səbəbini bilmirəm, amma alınmadı. Komanda olaraq hazırda yaxşı vaxtlar yaşamırıq. Ümid edirəm ki, gələcəkdə əlimizə düşən imkanlardan yararlana biləcəyik. Mövcud olan durumun dəyişəcəyinə inanırıq. İnanın, indiki halımızı izah eləmək çox çətindi. Fikrimi necə ifadə etməkdə çətinlik çəkirəm.

 

- Komanda haqqında xoşagəlməz söhbətlər oldu. Nizami və Mirhüseyn uzaqlaşdırılıdı. Komandada nələr baş verir? Bu durumla bağlı nə deyə bilərsən?

- Bu barədə nəsə deyə bilmərəm. Çünki məsələ haqqında məlumatlı deyiləm. Çətin durumdayıq. Mən klub prezidenti və baş məşqçi ilə söhbət elədim. Hamımız birgə çalışırıq ki, belə söhbətləri komandadan uzaq tutaq və meydandakı oyunumuza təsir etməsin. Bundan sonrakı qarşılaşmalarda sadəcə qələbə haqqında düşünəcəyik.

 

- “Neftçi” ilə oyundan əvvəl Mirhüseyn və ya Nizami sizə nəsə demişdimi?

- Xeyr. Sadəcə çıxacağımız oyun haqqında düşünürük. Oyunçular arasında belə söhbətlər heç vaxt olmayıb. Bütün matçlarda qalib gəlməliyik, çünki həddindən artıq çox xal itirmişik. Mən 10 ildir ki, burda çıxış edirəm, ilk dəfədir ki, bu cür halla qarşılaşıram.

 

- Komandanın daxilində hazırda əsas problemi nədir?

- Əvvəl də bildirdiyim kimi, çətin durumdayıq. Hazırda bu haqda konkret nəsə demək asan deyil. Bir neçə futbolçumuz zədələndi, formadan düşənlər oldu, yeni futbolçular cəlb edə bilmədik. Əlimizdən gələn bu qədərdi. Doörudur, hamımız əzmkarlıqla oynayırıq, ancaq nə etmək olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right