Ayxan Abbasov: "Oyun ərzində belə hallar ola bilər"

"Səbail”i təbrik edirəm. Stadionları və təlim-məşq bazaları uğurlu olsun. Çətin oyun oldu. "Qarabağ”la oyundan sonra bu matça hazırlaşmaq çətin idi. Lakin komanda olaraq toparlana bildik. Bu gün qalib gəlməklə, xal fərqini qoruyub saxlaya bildik. Bundan sonra kubok oyunlarına köklənəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turunda "Səbail"ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- "Qəbələ” ilə səfər oyunundan sonra hakimlərlə bağlı problem yaşanmışdı. Lakin bu gün də hakimlərdən narazı idiz...

- Oyunboyu belə hallar ola bilər. Vüqar Mustafayevin epizodunda cərimə zərbəsi doğrudan yox idi. Düzdü, Vüqar topu kənara vurduqdan sonra hakim ona haqlı sarı vərəqə verdi. Ümumiyyətlə, hakimlər barədə danışmağı xoşlamıram. Lakin oyun zamanı insan emosiyalarına əngəl ola bilmir. Matç zamanı hakimlə danışmaq normaldı.

- Qış fasiləsi ilə bağlı bağlı planlarınız artıq hazırdır, yoxsa "Neftçi” ilə oyunu gözləyirsiz?

- Qış planımız artıq hazırdır. "Neftçi” ilə oyunlardan sonra açıqlayacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right