Qriqorçuk: "Əlimizdə olanalrı daha yaxşı etmək üçün vaxtımız var"

Azərbayacn Premyer Liqasının XIV turunda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun qonaqların 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb.

Newsport.az xəbər verir ki, Oyundan sonra keçirilən mətbuat kofransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

“Qalib gəldik və yaxşı oynadıq. Əhvalımız yüksəkdi, oyundan razıyıq, amma bilirik ki, hələ qabaqda çox oyun var”

- Qış fasiləsinə az qalıb. Komandadan göndərəcəyinz futbolçular olacaqmı?

- Hazırda bunu deyə bilmərəm. Çünki hələ özüm də bilmirəm. Ola bilsin ki, hansısa qərarlar qəbul edilsin, lakin hazırda heç bir şey deyə bilməyəcəm.

- Komandada hansı dəyişikliklər oldu ki, hücumda məhsuldarlığınız artdı?

- Vaxt gedir və biz də çalışırıq. Əlbəttə ki, yaxşılaşma bizdə də oldu. Başa düşürük ki, nəticə üçün inkişaf etmək lazımdı. Razıyıq. Yenə də deyə bilmərəm ki, potensialımızın 100% istifadə edirik. Əlimizdə olanalrı daha yaxşı etmək üçün vaxtımız var.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz