Ramiz Məmmədov:"Nə lazımdırsa, həmin oyunçulardan soruşun"

Az'rbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun qonaqların 0:2 hesablı məğlubiyyətilə yekunlaşıb.

Newsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat kofransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyun haqda danışıb:

"Məlum səbəblərə görə oyunu iki hissəy bölmüşdük. Tapşırıqları çatdırmışdıq. Bilirsiniz ki, oyunçuların bəziləri əvəzedici heyətdən gəlib. Verdiyim tapşırığı futbolçular layiqincə yerinə yetirdilər. Ümumilikdə, birinci hissədə müdafiə xarakterli oyun var idi. İkinci hissədə əksinə olaraq hücum oynayıb, əks hücumlara ümid edirdik. Deyə bilərəm ki, oyundan razı qaldım, amma nəticədə narazı qaldım"

 

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bugünki oyunda şübhəli oyunçular varmı?

- Xeyir, futbolçularım yaxşı oynadı. Savaş və əzmkarlıq var idi. SAdəcə olaraq təcrübəsizlik var idi. Bu komandanı söküb yenidən yığmaq lazımdır. Ən azı 6-7 oyunçu lazımdır.

- Əsas ümidiniz Azərbaycan Kubokunadır?

- Bizdə əzmkarlıq yavaş-yavaş yaranır. Sona qədər mübarizə aparacağıq. İkinci dövrədən sonra rəqiblər üçün asan keçilən sədd olmayacağıq. Nə qədər bacarağıqsa, irəli gedəcəyik.

- Mirhüseyn Seydov və Nizami Hacıyevin 6 oyunda danışılmış oyun şübhəsi var idi. Bu doğrudur?

- Bu söhbətə qayıtmaq istəmirəm. Lazım olan qədər açıqlamar var. Nə lazımdırsa, həmin oyunçulardan soruşun. 

 

 

 



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right