Yunis Hüseynov: "Bu gün ilk dəfə idi ki, ..."

Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun hadqa fikirlərini bildirib. 

 

- Əslində, oyunla bağlı fikri bildirməsi bir şey yoxdu. Hər şey göz qabağında idi. “Sumqayıt” yaxşı oyunla qalib gəldi. Təbrik edirəm. Kubok oyunumuzu çıxram. Heç qalib gəldiyimiz həmin matçda da komandamın oyunundan razı qalmadım. “Kəpəz”ə çempionatda rəhbərliyim altında 2 oyuna 9 qol buraxdı. Bu da onu göstərir ki, komandada çatışmazlıqlar həddən artıq çoxdu. İndiki komandamız birinci dəstə səviyyəsindədir. Bunu açıq şəkildə deyirəm. Örtülü bazar, dostluğu bazar. Bəhanə etmirəm, “Kəpəz”ə çətinliyi görə gəlmişəm. Ancaq “Binə”yə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda da komanda oyununda birinci dəstədəki rəqibindən fərqlənmirdi. Belə olmasaydı, çempionatda 2 oyuna 9 qol buraxmazdıq.


- Belə demək olar ki, qış fasiləsində heyəti 90 faiz dəyişməlisiniz. Buna maddi gücünüzü çatacaqmı?
- Bu gün ilk dəfə idi paltardəyişmə otağında futbolçulara dedim ki, kim özünü kubokda göstərəcək, komandada qalacaq. Qalmayacaq, göndəriləcək. Yalnız bu gün komandayla belə söhbətim oldu. Belə getmək olmaz. Xarakter göstərmək lazımdı. Hamıya şans verilir, ancaq ümidləri doğrultmrular. Eybi yoxdu, komandada 13 futbolçu olacaq, ancaq can yandıranlar qalacaq. Lazım gəlsə, əvəzedicilərdən futbolçular götürəcəyik. Ancaq əsas komandada boş yerə heç kim qalmayacaq. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right