"Kəpəz" ardıcıl ikinci dəfə darmadağın oldu GENİŞ İCMAL

Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Kəpəz" Gəncə Şəhər Stadionunda Sumqayıtın eyni adlı klubunu qəbul edib.

Newsport.az xəbər verir ki, çemouinatın 13-cü turunda "Qəbələdən" aldığı böyük hesablı məğlubiyyətin ardından, Yunis Hüseynovun kollektivi bu dəfə də eyni aqibəti yaşayıb.. Belə ki, Oyunun ilk hissəsindən görüş ev sahibləri üçün yaxşı başlamayıb. Qonaqların yarımüdafiəçisi Bəxtiyar Həsənəlizadə onları meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın ikinci hissəsində ev sahibləri qapısında daha iki qol görüblər. "Sumqayıt"ın heyətində Cavid imamverdiyev 60, 68-ci dəqiqələrdə dubl edərək komandasına qələbə qazandıran topu vurub.

Qeyd edək ki, qalibiyyətin ardından xallarının sayını 20-yə çatıran gənclər şəhərinin təmsilçiləri 4-cü pillədə qərarlaşırlar. "Kəpəz" isə ard-arda ikinci böyükhesablı məğlubiyyətdən sonra 7 xalla sonuncu yerdə qərar tutur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right