Derbini "Qarabağ" qazandı Video icmal

Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turuna start verilib.

Newsport.az xəbər verir ki, turun açılış matçı derbi ilə əlamətdar olub.Belə ki, iki əzəli rəqib "Qarabağ" və "Neftçi" münasibətlərə aydınlıq gətiriblər.  2017-ci ilin son, turun isə ilk oyunu olan bu qarşılaşma həm də prinsipiallığı ilə diqqət çəkirdi. Səfərdə "köhlən atlar"ın qonağı olan "Flaqman" əzəli rəqibi ilə bacarmayıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada 90+4 dəqiqənin tamamında qapılarda cəmi bir qol olub. Ev sahiblərinin müdafiəçisi Maksim Medvedev görüşün 25-ci dəqiqəsində fərqlənərək, komandasına qələbə qazandıran topu vurub. (1-0)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right