Kirilo Pterov: "Məncə çempionatı iki hissəyə bölmək olar" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi" səfərdə "Qarabağ" ilə qarşılaşıb və 0-1 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, oyunsonrası qonaqların legioner futbolçusu Kirilo Petrov stadiona ezam olunmuş əmakdaşımızın suallarını cavablandırıb. İlk öncə oyun haqda danışan futbolçu bunları deyib: 

"Olduqca maraqlı oyun alındı. Şanslarımız çox olmasa da, az da olsa şanslarımız oldu. Sadəcə həmin şanslardan sona qədər istifadə etmək lazım idi. Bilirdik ki, bu görüş bizim üçün çətin olacaq. Birinci hissədə elə bil oynamaqdan utanırdıq. İkinci hissədə biz daha inamlı oynadıq. Hətda deyərdim oyunu idarə edən tərəf biz idik. Heç-heçəyə nail ola bilərdik, ancaq alınmadı. Digər tərəfdən 2-0 və yaxud da 3-0 məğlub ola bilərdik. Çünki böyük səhvlərə yol verirdik bəzən".

-“Neftçi” üçün çempionataın ilk yarısı başa çatdı artıq. Necə dəyərləndirirsən ilk yarını?

-Məncə çempionatı iki hissəyə bölmək olar, Tərlan müəllimin gəlişindən əvvəl və sonra. Tərlan Əhmədovun gəlişindən sonra oyunlara daha yaxşı şəkildə köklənirik və məncə daha yaxşı futbol göstəririk.

-Qarşıda “Zirə” ilə kubok matçı gəlir və “Neftçi” üçün Avropaya çıxmaq baxımından bir şansdır. Bunu necə dəyərləndirisən?

-Bizim iki əsas məqsədimiz var. Biri kubokda finala qədər irəliləmək, ikncisi isə çempionatı ən azı üçüncü, dördüncü yerdə bitirmək. Çünki yalnız bu zaman Avropaya vəsiqə qazanmaq şansımız var.

-Oyunun son dəqiqələrində Miçellə aranızda konflikt yaşandı.  Nə baş verirdi orada?

-Sırf futbol epizodu idi. Miçelə elə gəldi ki, mən qəsdən etdim. Lakin dediyim kimi, adi oyun epizodu idi. Matçdan sonra bir-birimizin əlini sıxdıq vəssalam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right