Azarkeşlər “Qarabağ”ı ziyana saldı

"Qarabağ” azarkeşləri klubu maddi ziyana salıb.

Newsport.az  xəbər verir ki, Ağdam təmsilçisinin fanatları Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Neftçi” ilə ev oyunu zamanı bir neçə dəfə pirotexniki maddələrdən istifadə ediblər. Bu isə o deməkdir ki, AFFA İntizam Komitəsinin növbəti iclasında “Qarabağ”ı cərimələnməsinə dair qərar çıxarılacaq.

Qeyd edək ki, pirotexniki maddələrdən istifadəyə görə 800 manat cərimə nəzərdə tutulur.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right