Mahir Mədətov "Qarabağ"dan ayrılır?

U-21 millisinin və "Qarabağ"ın hücumçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, futbolçunun atası "Lider TV"də yayımlanan "Bu bizik” verilişinə telefon bağlantısı edərək, xarici klubların Mahirlə maraqlandığını deyib. 

O, bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək: “Müqavilə imzalansa, hamı biləcək ki, qış transfer dövründə Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu, hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin tranfser dövrünü gözləmək lazımdı”.

Qeyd edək ki, 20 yaşlı futbolçu peşəkar karyerasına 2015-ci ildən "Qarabağ"da başlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right