Zaur Axundovun şər-böhtanı - məhkəməyə verilə bilər

"Keşlə"nin oyunçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov saxlanıb. Buna səbəb kimi onların "Neftçi" ilə qarşılaşmada bilərəkdən zəif oynaması/oyunu "satması" şübhəsi var.
Klubun Müşahidə Şurasının sədri Zaur Axundov açıqlamasında faktı təsdiqləyib və əlavə edib ki, bundan başqa bir neçə uduzulan qarşılaşmadan da şübhələnirlər.
Məsələdə anormallıq ilk cəhddə özünü büruzə verir.
Əvvəla danışılmış oyunlarla bağlı şübhələr AFFA-nın müvafiq komissiyasının araşdırmasından sonra istintaqa təqdim edilə bilərdi. Bu da qısa müddətə başa gələn iş deyil.
Mirhüseynlə Nizaminin bu cür saxlanması işdə qanun-qaydanın yox, şəxsi nüfuzun rol oynadığını düşünməyə əsas verir.
Biz sizə situasiyanı qısaca xarakterizə edək:
- Zaur Svanandzenin bezib getməsi üçün komanda bir neçə oyunda bilərəkdən zəif oynadı. Ümumilikdə komandanı ittiham eləmək doğru olmaz, burda şübhələr konkret 2-3-4 nəfərdən ibarət qrupdan gedir. Onlar Zaur Axundovun istəyinə əsasən belə davranaraq, gürcüstanlı mütəxəssisin çıxıb getməsi üçün "xidmət edirdilər". Nəhayət, Svanadzenin ayrılığına nail oldular.
- Svanandzenin gedişindən sonra Ramiz Məmmədov komandanın baş məşqçisi təyin edildi. O, hələ xeyli əvvəldən əvəzedici komandanı çalışdırmaq, klubun koordinatorluğunu icra etmək kimi absurd postlarda baş girələyirdi ki, əsas komandanın baş məşqçisi olsun. Bizdə olan məlumata görə, Ramiz Məmmədovun "Keşlə"yə gəlməsinə onun bir dostunun AFFA prezidenti Rövnəq Abdullayevə yaxın olması səbəb olub. Mətbuatda Məmmədovun Axundovun istəyinə əsasən kluba gətirildiyi yazılsa da, əsl həqiqət başqadır. "Keşlə" Bakının Nizami rayonunda yerləşir. Bu rayonun Milli Məclisdə deputatı Rövnəq Abdullayevdir. Klubun "İnter"dən məhz "Keşlə"yə dəyişdirilməsi də ötən il Abdullayevin verdiyi təklifə əsasən edilib.
Məqsəd Nizami rayonun uğurlu bir layihəsi kimi Abdullayevin PR-na hesablanmış addımlar atmaq idi. Kİ, buna nə ehtiyac vardı, nə də zərurət. Bu, daha çox Zaur Axundovun Abdullayevdən əlavə dividentlər alması üçün atdığı avantürist addımlar toplusu idi.
- Ramiz Məmmədovun baş məşqçi təyin edilməsi də avantürist addımlar sırasında  idi. Məmmədovun Abdullayevlə yaxın olan dostunun olduğunu bildikdə Axundov onu komandanın başına gətirəcəyini söz verir. O söz bu sözdür... Həmin Məmmədov komandaya rəhbərlik edir. Ancaq nəticələr niyə pisdir?
- Nəticələrin düzəlməməsi yazılan ssenariyə uyğun gəlmir. Belədə yeni araşdırmalara səbəb yaranır.
Müəyyən eləmişik ki, Məmmədovun Abdullayevə yaxın dostu kimdirsə, ona güclü güvəni var. Bu güvənin sayəsində Məmmədov daha irəli getmək, "Keşlə"dəki əksər kurasiyaları ələ keçirmək niyyətindəymiş. Bundan duyuq düşən Axundov Məmmədovun üstündən xəyali xətt çəkir.
- Komandanın zəif çıxışını arzulayan MŞ sədri nəticədə Məmmədovun imicinin korlanmasına, yeni - öz istədiyi, özünə tam tabe olacaq birini bu posta gətirmək niyyəti güdür. Beləliklə, əməliyyat başlayır...
Məmmədovun iddiaları Axundovun avtoriteti ilə toqquşur. Bu toqquşmanın nəticəsində onların münasiəti pozulur.
Bir sözlə, Məmmədovun baş məşqçi təyinatından sonra AFFA-dan/Rövnəq Abdullayevdən kluba əlavə maliyyənin ayrılmasına nail olmalıydılar, olmadılar. "Keşlə"nin onsuz da kontorlara hesablanan müəyyən oyunlarının olduğu şühəsinin üstünə əlavə detallar da gəlir və daxili ab-hava pozulur.
AFFA-dan əlavə gəlir əldə edə bilməyən Zaur Axundov bunun nəticəsində qurumdan təyin edilmiş, klubun icraçı direktoru Rəmiş Malıyevlə olan isti münasibətləri də soyudur. Beləliklə, əsəbi Axundov rabitəsiz bir neçə addım atır.
- Nizami Hacıyevin komandadan getməsini istəmirmiş. Özü ilə danışıqlar aparsa da, uğursuz olur. Maliyyə məsələsində razılıq əldə olunmayınca Hacıyev "Neftçi"yə gedəcəyini qətiləşdirir. Axundov buna mane olacağına söz verir. Bu səbəbdən Hacıyev vaxtından əvvəl mətbuata açıqlama verib, "Neftçi"ylə razılaşdığını bildirir.
Hacıyevə görə bir neçə oyunçunun da komandanı tərk edəcəyi məlum olur. Əsas heyətin təcrübəlilərindən olan Mirhüseyn Seyidovun da "Keşlə"dən gedəcəyini biləndə Axundov qəzəblənir.
AFFA-dan əlavə maliyyə gəlmir, maliyyəsizlik də istənilən oyunçuların düşərgəni tərk etməsiylə nəticələnir. "Keşlə" autsayderə çevriləcək, Zaur Axundov camiəni tərk etməyə məcbur olacaq və Ramiz Məmmədovun taktikası tamamlanacaq - o, "Keşlə"ni ələ almış olacaq
Bu mübarizənin konturlarını daha dərindən izləyirik və uzaq olmayan gələcəkdə daha ətraflı yazılacaq. Ancaq proseslərin gedişatı öyrəndiyimiz, bizə çatan məlumatların səhih olduğunu düşünməyə əsas verir. Məsələn, 1 ay əvvəl nə necə deyilmişdisə, elə də olur.
- Güclərarası mübarizənin nəticəsidir ki, Mirhsüeynlə Nizami saxlanılıb. Onların həbsi məhz Axundovun istəyilə olub. Komissiyanın dindirməsi, müvafiq araşdırma olmadan istintaqa cəlb edilmə müəmmalıdır. Hər şeyin bu qədər sürətlə/tələsik/aqressiv davam etməsi Zaur Axundovun adıçəkilən futbolçulara qəzəbinin nəticəsidir. Onları arxa-dayaq kimi hesab edən Axundov komandada saxlaya bilməyincə şər-böhtana, imicə xələl yetirməyə əla atdı.
Nizami ilə Mirhüseynin məmnun olması üçün əlindəki hər imkandan istifadə edən, onları razı sala bilməyən Axundov qəzəblidir və komandanı qarışdırmaqda israrlıdır. Futbolçuların həbsi onların hansısa kluba keçidinə mane olmaq, "Keşlə"nin öz gücünə yox, bəd əməllərin nəticəsində uduzdurulmasına diqqət çəkmək və nəticədə özünü təmizə çıxarmaq cəhdindən başqa bir şey deyil.
- Axundovun hərəkətləri cinayət tərkiblidir. Onun Nizamiylə Mirhsüeynə şər-böhtan atması aydın faktdır.
Futbolçuların saxlanması dəqiqdir. İstintaq hansı qərarı verəcək, gözləyək, görək. Ancaq futbolçuların da Axundovu şər-böhtan atmağa görə məhkəməyə vermək hüququ var. Onların işgüzar və şəxsi nüfuzuna bilərəkdən xələl gətirmək cəhdi aşkardır.
"Keşlə"nin keşməkeşli günləri hələ çox sürəcək...
 

 

futbolpress.az

 
 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right