Qurban Qurbanov: "Yenidən qrupa düşmək üçün daha çox çalışacağıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın championat.com saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, mütəxəssis komandasının turnirdəki çıxışı barədə danışıb:

“Əldə etdiyimiz nəticələr xoşdur. Bizim üçün çox ağır idi. Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki hər üç rəqibimiz Çempionlar Liqasının finalında oynamaq istəyir. Yaxşı oyun göstərmək üçün çox çalışdıq. İlk matçlarda nəticə barədə düşünmədik. Bütün futbolçular, xüsusilə, “Çelsi”yə qarşı Londondakı oyunda həyacan yaşadılar. Bütün görüşlərdə mən və oyunçular təcrübə qazandıq”.

Qurban Qurbanov növbəti mövsüm də Çempionlar Liqasının qrupuna düşmək üçün çalışacaqlarını söyləyib:

 "Çempionatımız  güclüdür. Yeni qərara əsasən, gələn mövsümdən Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək daha da çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” ÇL-də C qrupunda "Roma", "Atletiko" və "Çelsi" ilə mübarizə aparır. Ağdam komandası 2 xalla qrupda sonuncu pillədədir. "Qarabağ" son oyununda dekabrın 5-i "Roma"nın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right