"Keşlə" həbs olunan futbolçularla bağlı qərar verdi

Keşlə” rəsmi saytı vasitəsilə Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılmasını bəyan edib.

Newsport.az xəbər verir ki, məlumatda bildirilir: “Keşlə” Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.

Qeyd edək ki, bu iki futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Klubun bununla da bağlı rəsmi açıqlama yayması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right