"Qarabağ"ın qapısını surpriz qonaq döyüb Fotolar

Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib. 

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, "F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red Bull"un pilotu olan Daniel Rikkardo "köhlən atlar"ın qonağı olub.

 

Komandayla kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən onun adı yazılmış klubun forması hədiyyə olunub. Rikkardo isə daha sonra özünəməxsus ayaqqabıları imzalayaraq Qurbanova təqdim edib. Daha sonra futbolçularla söhbət edən Rikkardo bir neçə dəqiqə komandayla birlikdə məşqdə də iştirak edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right