"Qarabağ" 800 manat cərimə olunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasında aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XIII turunun “Zirə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XIII turunun “Neftçi” – “Keşlə” matçının 72-ci dəqiqəsində “Neftçi” klubunun 43 №-li futbolçusu Rəhman Daşdəmirov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 38.1).

Əvəzedici heyətlərin XIII turunun “Kəpəz” – “Qəbələ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

I Divizionun XI turunun “Ağsu” – “Şüvəlan” matçının 77-ci dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XI turunun “Binə” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right